Anton Çexovun məktubu hərracda neçə milyona satıldı?

Böyük rus yazıçısı Anton Çexovun 23 yaşında olarkən yazdığı məktub “Litfond” satış evinin təşkil etdiyi hərracda 3,6 milyon rubla satılıb.

Etikxeber.az-ın Vesti.ru saytına istinadla xəbər verir ki, həmin məktub Çexov tərəfindən hələ tanınmadığı və ilk kitabının çap edilməsindən bir il əvvəl yazılmışdı. Məktubun ünvanlandığı şəxs isə Çexov ailəsinin dostu Qavriil Kravtsov idi. Lotun start qiyməti 2,1 milyon rubl təşkil etsə də, hərracın gedişində onun qiyməti 3,6 milyon rubla yüksəlib.

Hərracda, həmçinin Anton Çexovun A.Çexonte təxəllüsü ilə 1884-cü ildə nəşr etdirdiyi “Melpomenanın nağılı. Altı hekayə” adlı ilk kitabı 1,8 milyon rubla alıcı tapıb.

Bir qədər əvvəl isə Mixail Bulqakovun məktubunun hərracda yarım milyon rubla satıldığı bildirilir.

Etikxeber.az

 

 

Read Previous

Qanlı PKK daha iki əsgəri şəhid etdi

Read Next

Estoniyanın yeni prezidenti qadın oldu – Kersti Kalyulay

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir