“Aparıcı dövlətlər, beynəlxalq insan-hüquq müdafiə təşkilatları gözləri qarşısında baş verənlərə, erməni terroruna artıq səssiz qalmamalıdırlar…”-DEPUTAT XARİCDƏKİ SOYDAŞLARIMIZA DA MÜRACİƏT ETDİ

Terrorizmi, nasizmi, faşizmi, şovinizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir xalqdan-onun vassal, ələbaxan, sözəbaxan dövlətindən hər şey gözləmək mümkündür. Bütün murdar və alçaq cəhətlər, keyfiyyətlər, məkr və hiylələr, arxadan zərbə endirmələr onların boynuna ölcülüb, bicilib. İstənilən antiinsani, antibəşəri addıma, cinayətə getməyə hazırdırlar və necə ki, ən azı son 32 ildə bunu ediblər, işğala və təcavüzə məruz qalan xalq-dövlət olaraq, biz bunların əyani və canlı şahidləriyik. Bəli, düşmən yenə də öz hiyləgərliyini, məkrliliyini, murdarlığını göstərdi, iç üzünü bir daha ortaya, özünü ifşa etdi.

12 iyul hadisələrindən, növbəti təxribat və fitnəkarlıqlarından sonra bir daha Azərbaycan dövləti və Ordusunun sərt üzünü, gücünü, qüdrətini görən, böyük itkilər verən düşmən ölkə öz heyfini, öz qəzəbini, öz qisasını almaq, çıxmaq üçün Qərbdəki, digər coğrafiyalardakı havadarlarının, təhrikçilərinin, antiAzərbaycan, antiTürk mərkəzlərinin əli və köməyi ilə yenidən təxribata, fitnəkarlığa, açıq-aşkar terrora əl atdılar. ABŞ-da, Belçikada, xüsusilə, Los Anceles, Brüsseldə yaşananlar, xaricdə yaşayan soydaşlarımızın, həmvətənlərimizin, diplomatik xidmət əməkdaşlarımızın hücumlara, terrora, vəhşiliyə, barbarlığa məruz qalması deyilənlərin əyani təsdiqi oldu.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Bildirib ki, ermənilər hər yerdə ermənidir və heç zaman da erməniliklərindən əl çəkəsi deyillər. Hər zaman fitnə-fəsad törətməyə, “yal payı” üçün onun-bunun əl buyruqçusuna, təhlükəli ssenarilərinin icraçısına çevrilməyə hazırdırlar, bunu on illərdir, yüz illərdir “canla-başla” yerinə yetirirlər və bundan da əl çəkmək niyyətində deyillər.

“Qeyd etdiyim kimi, son günlərin yaşananları hər şeyi bir daha açıqlığı, çılpaqlığı ilə gözlər önünə sərmiş oldu. Ona görə hesab edirəm ki, xaricdə yaşayan soydaşlarımız, həmvətənlərimiz, diaspor təşkilatlarımız kifayət qədər və son dərəcədə soyuqqanlı, diqqətli və ehtiyatlı olmalıdırlar. Bir an olsun belə ayıq-sayıqlığı itirməməlidirlər, düşmənin, onun havadarlarının felinə uymamalıdırlar, nə özlərini, nə də bütövlükdə Azərbaycanı çətin duruma, çıxılmaz dalana salmalıdırlar. Səbr, dözüm, təmkin, ehtiyatlılıq, soyuqqanlılıq bugünlərdə ən çox lazım və ən çox tələb olan cəhətlərdir, məqamlardır. İnanıram, əminəm ki, belə də olacaq.

Çünki biz Haqq savaşı aparırıq, bizim savaşımız Haqq mübarizəsidir. Ona görə də bu Haqq mübarizəsində, bu Haqq savaşında heç bir sapmaya, heç bir büdrəməyə yol, imkan verməməliyik. Eyni zamanda, dünyaya demokratiyadan, insan haqlarından dərs keçən dövlətlər, mərkəzlər, beynəlxalq insan-hüquq müdafiə təşkilatları bu olaylara, erməni fitnəkarlıqlarına səssiz qalmamalıdırlar. İkili, üçlü, beşli standartlara, haqsızlıqlara son qoymalı, gözləri qarşısında yaşanan cinayətlərə dözməməli, onların qarşısını birmənalı şəkildə almalıdırlar, Azərbaycan Haqq işinə dəstək verməlidirlər.

Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın son müraciətində də deyildiyi kimi: “Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər”.

Bəli, adları çəkilənlər artıq susmamalı, oyun oynamağı buraxmalıdırlar. Bunlar həmin qurumların vəzifəsi və borcudur, öz vəzifələrini və borclarını da yerinə yetirməlidirlər. Son olaraq: Gec-tez biz qalib gələcəyik, biz qailib olacağıq, ölkə Prezidentinin də dediyi kimi, Qarabağ Azərbaycanındır və nida işarəsi!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

08:57

Etikxeber.az

Read Previous

“1999-cu ilin payızındakı gedişlərə…ehtiyac var”-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

MM-in Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupundan-PAKİSTAN SENATI VƏ ASSAMBLEYASINA MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir