Aparıcı klublar “Monako”nun yarımmüdafiəçisi heyətinə qatmaq üçün mübarizə aparır…

İspaniyanın “Barselona”, İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” klubları “Monako”un yarımmüdafiəçisi Yuri Tilemansı transfer etmək üçün mübarizə aparacaqlar.

Etikxeber.az “Marca” nəşrinə istinadla xəbər verir ki, Avropanın aparıcı klubları 21 yaşlı futbolçunu heyətə qatmaqla yarımmüdafiə xəttini gücləndirmək istəyirlər.

Fransa təmsilçisi transferə müsbət yanaşdığı və yenidən komandanın sükanı arxasına gətirilən Leonardo Jardimin bu keçidə razılıq verdiyi bildirilir.

Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm “Monako”un heyətində iştirak etdiyi 30 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Etikxeber.az

Read Previous

“Məmur-vətəndaş münasibətləri ən yüksək səviyyəyə qaldırılmalıdır” – AKADEMİK

Read Next

“Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan dünyanın sabitlik, təhlükəsizlik məkanıdır” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir