“Apple” 2017-ci ildə 3 yeni smartfon buraxacaq

“Apple” korporasiyası 2017-ci ildə bazar üçün üç yeni smartfon modelini istehsal etməyi planlaşdırır.

Etikxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, eyni zamanda şirkət istifadəçilərə yeni “Ferrari” flaqman cihazını nümayiş etdirməyi nəzərdə tutur.

Modellər artıq D20, D21 və D22 kod adlarını alıblar. Bununla belə, bu cihazların kütləvi bazara çıxmazdan əvvəl necə adlandırılacağı ilə bağlı məlumat verilmir.

Bundan əvvəl isə bildirilib ki, “Apple” nümayəndələri çevik displeylə təchiz edilmiş qatlanan smartfon təqdim ediblər. Qeyd olunur ki, bu cihaz bir dəfə deyil, bir neçə dəfə qatlana biləcək.

Etikxeber.az

Read Previous

Gələn il III Yalta beynəlxalq iqtisadi forumu keçiriləcək

Read Next

“Olimpiya hərəkatı–2017” Bakıda təqdim olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir