Aprel döyüşləri və İkinci Vətən Müharibəsinin iştirakçılarından olan Şəhid Orxan Rəhimlinin Cənnətdəki ikinci doğum günündə-MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Sumqayıt (əslən Qubadlılı) şəhərinin Şəhidlərindən olan Orxan Elxan oğlu Rəhimlinin bu gün doğum günüdür.

Orxan Rəhimlinin bu gün 31 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Orxan Rəhimlinin Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Sumqayıt şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, Şəhidin ruhuna dualar edilib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, din xadimləri, Qubadlı rayon və Sumqayıt şəhər icra hakimiyyətlərinin məsul nümayəndələri və digər şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Sumqayıt şəhərində yerləşən “Park Palace”də Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Sonra çıxışlar edilib.

Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından danışılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Həmçinin, məktəblilər tərəfindən Vətənə həsr olunmuş şeirlər və mahnılar ifa edilib.

Şəhidin ailə üzvləri, anası da öz növbəsində ziyarət və mərasim iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 2021-ci ilin iyun ayının 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu Rəhimli Orxan Elxan oğlu həlak olub.

Onlara Şəhidlik statusu verilib.

Onu da qeyd edək ki, əslən Qubadlı rayonunun Qiyaslı kəndindən olan Orxan Rəhimli 1992-ci il 20 iyun tarixində Sumqayıt şəhərində dünyaya gəlib.

1997-ci ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Laçın rayonu, Fizuzəddin Cəfərov adına orta məktəbə daxil olub, 2008-ci ildə həmin məktəbi bitirib.

Məktəbi bitirdikdən sonra Cəlilabad şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olub.

Hərbi xidməti başa vurduqdan sonra Quba Dövlət Sosial-İqtisadi Kollecində “Yol hərəkətinin təşkili” ixtisası üzrə təhsil alıb.

2014-cü ildən isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

“N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində çalışıb.

2016-cı il Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Hadrutun azad olunması uğrunda döyüşüb.

Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə”  “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Orxan həm də ailəli, iki övlad atası olub.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:00

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistanın tarixi səhvlərindən dərs çıxarması və post-münaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir”-XİN-DƏN PAŞİNYANA CAVAB

Read Next

Gədəbəydə polislərin gözyaşardıcı qaz tətbiq etməsi ilə bağlı xidməti yoxlama aparılır-DİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir