Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bərdə rayonunun Aprel döyüşləri Şəhidlərindən olan Ziya Niyazi oğlu Həsənovun yeddinci ildönümüdür.
Ziya Həsənovun bu gün Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından 7 il keçir.
Bu gün Ziya Həsənovun Anım günüdür.
Etikxeber.az xəbər verir ki, Ziya Həsənov 1989-cu ilin 11 oktyabr tarixində dünyaya gəlib.
Əslən Ağdamlı olan Ziya Həsənov ailəsi ilə birlikdə Bərdənin Lək kəndində yaşayıblar.
Ailədə 3 övlad-iki qardaş, bir bacı olublar.
Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
2012-ci ildə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təlimlərdə fərqlənib, sonralar isə cəbhə xəttində tağım komandiri, Leytenant kimi fəaliyyət göstərib.
2015-ci ildən Baş leytenant hərbi rütbəsini daşıyıb.
Sonra ailə vəziyyəti ilə əlaqədar Beyləqandakı N saylı hərbi hissəyə tağım komandiri təyin edilib.
2016-cı ildə Aprel döyüşlərində iştirak edib və Lələtəpə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhidliyi xəbəri ailəsinə aprelin 4-də xəbər verilib və nəşi ayın 5-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib.
İzdihamlı dəfnində minlərlə Bərdəli iştirak edib.
Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
O, həm də ailəli olub.
Şəhidliyindən sonra bir qız övladı-Yağmuru dünyaya gəlib.
Eyni zamanda, ötən il dünyaya gələn qardaşı oğluna Onun-Ziya Həsənovun adı verilib.
***
Əbədiyyətə uğurlanmasının yeddinci ildönümü ilə bağlı bu gün axşam saatlarında Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib.
Mərasimdən öncə isə Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.
Məktəblilər Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.
Axşam saatlarında keçirilən Anım mərasimində, adına açılan ehsan-iftar süfrəsində isə bir daha Şəhidin ruhuna dualar edilib.
Şəhidin ailəsinə bir daha Allahdan səbr və dözüm arzulanıb.
Mərasimdə, ehsan-iftar süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, Bərdəli Şəhid ailələri, Qazilər, din xadimləri və başğa şəxslər iştirak ediblər.
Ruhu şad, məqamı Uca olsun!
Nur içində yatsın!
20:10
***













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





