Aprelin 3-də-ƏLİ ƏSƏDOV PARLAMENTDƏ HESABAT VERƏCƏKMİ?

Məlum olduğu kimi, martın 30-da 6-cı çağırış Milli Məclisin (MM) növbəti-4-cü plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, MM-in Daxili Nizamnaməsinə əsasən, 5-ci iclasdan gec olmayaraq, parlamentdə hökumətin növbəti illik hesabatı dinlənilməlidir.

Yəni, aprel ayında keçiriləcək ilk iclas hökumətin hesabatı ilə bağlı olmalıdır.

Bəs görəsən, gələn həftə-aprelin 3-də MM-də hökumətin hesabatı dinləniləcəkmi, Əli Əsədov Baş nazir kimi, ilk dəfə parlamentarilər qarşısında hesabatını verə biləcəkmi?

MM-dən əldə etdiyimiz məlumata görə, hələlik 5-ci iclasın-hökumətin hesabatının dəqiq vaxtı bilinmir.

“Günlə, tarixlə bağlı indidən hələ dəqiq heç nə demək mümkün deyil. Bu, qarşıdakı günlərdə baş verəcəklərdən acılı olacaq. Amma bununla belə, hesabat mütləq olacaq, artıq hesabat məruzəsi də parlamentdə daxil olub”-deyə, sonra bildirilib.

Etikxeber.az

Read Previous

Hərbi xidmətə çağırış müddəti uzadılır-MAYIN 31-DƏK

Read Next

Müntəzəm marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir