Aqil Ələsgər sərbəst buraxıldı – YENİLƏNİB

Dünən iş gününün sonuna doğru “Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

aqil alas

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

“Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq bu gün işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir”-deyə, Amaşov sonra qeyd edib.

***

Bu gün səhər saatlarında isə A. Ələsgərin sərbəst buraxıldığı məlum olub.

Etikxeber.az

Read Previous

Təyyarə qəzaya uğradı, 98 nəfər xəsarət aldı…

Read Next

İlin sonuna kimi 500-ə yaxın insan mənzillə təmin ediləcək – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir