Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı…

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası yarananda İsmayıl Ömərov rəhbərlik edib. O, burada çox yaxşı ənənə qoyub, sıfırdan televiziya yaratdı. İndiki rəhbərlik də bir qədər gücləndirib, öz baxışını tətbiq edib. Bizdə ənənə var, kimsə 15 il işləyir, həmin vəzifəyə başqası təyin olunan kimi deyirlər, köhnə problemlər həll ediləcək. Bununla da əvvəlki kadrı divara vururlar. Direktor Balaş Qasımov da yeni seçilib, işini yaxşı görür, amma əvvəlkiləri də unutmaq olmaz. 

Etikxeber.az  məlumat verir ki,  bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas  deyib.

Millət vəkilinin sözlərinə görə, İTV birdən-birə inqilab etməyib, bunun əsasını qoyan insanın da haqqını yeməmək lazımdır.

“Biz özəl telekanallara bir söz deyə bilmərik, çünki büdcədən maliyyələşmir. Özəl kanallar reytinq arxasınca qaçmağa məcburdurlar ki, reklam ala bilsinlər. Reklam bazarı da sıfır vəziyyətdədir. Yalnız şadlıq evləri və dərman preparatları reklam olunur. Dünyada, artıq dərmanın reklamı qadağan olunur. Özəl kanalları qınayanlardan biri də mənəm, amma onların üstünə çox getməyə ehtiyac görmürəm. İTV isə əvvəldən xalqın televiziyası olub, belə də davam edir”-deyə, deputa sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İş vaxtından artıq işlədilməklə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər – KOMİTƏ SƏDRİ

Read Next

“Nə üçün müharibəyə çağırış etməliyik?!” – OQTAY ƏSƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir