Aqil Abbasdan Vergilər Nazirliyinə irad….

“Elə Sumqayıtı Şuşaya birləşdirərdilər də, nolardı ki…”

Millət vəkili “güllələnmiş heykəllər”lə, uçulan binalarda yerləşən ev muzeylərinin taleyi ilə bağlı məsələyə toxunub.

Etikxeber.az  xəbər verir ki,  millət vəkili Fazil Mustafa parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan Qarabağdan olan korifey sənətkarlarının ermənilər tərəfindən güllənmiş heykəlləri bu gün lazımsız  bir əşya kimə kənara atılıb:

“Amma biz bunları xaricdən gələn insanlara göstərə bilərik, ermənilərin əməllərini bir daha ifşa etmiş olaraq. Yaxşı olardı ki, onları Milli Dənizkənarı Bulvarda bir yerdə toplayaq və nümayiş etdirək. Həmçinin, dahi insanlarımızın ev muzeyləri məsələsi də narahatlıq doğurur. Çünki onların çoxu uçulan binalarda yerləşir və sonrakı talelərindən xəbər olmur…”.

Millət vəkili həmçinin, musiqi məktəbləri, kitabxanlarla bağlı məsələnin ciddi problem olduğunu deyib.

Millət vəkilinin fikirləri deputat həmkarı Aqil Abbas tərəfindən də dəstəklənib.

O, eyni zamanda, Şuşa Şəhər  Mədəniyyət  İdarəsinin ləğv edildiyini, 270 nəfərin işdən azad olunduğunu, İdarənin isə Sumqayıt Regional Mədəniyyət İdarəsinə birləşdirildiyini deyib:

“Bu qədər adam işsiz qalıb. Elə Sumqayıtı Şuşaya birləşdirərdilər də… Nolardı ki?! Bu günlərdə eyni zamanda ermənilər Xankəndinin Stepanakert adlandırılmasının 95 illik yubileyini təntənəli qeyd etdilər. Heç Xankəndi də onlara aid deyil…Amma  bu gün Qarabağ xanlığının yaranmasının 270 illiyidir, nə telekanallarda bu barədə  danışlır, nə də Tarix İnstututu tədbir keçirir…”.

Millət vəkili həmçinin Vergilər Nazirliyinə iradını bildirib:

“Dövlət kino çəkmək üçün pul ayırır. Amma kino çəkilməmiş Nazirlik gəlib 300 min manat Əlavə Dəyər Vergisi (ƏDV) tutur…Qoy bir çəkilsin, qurtarsın, pul qazanılsın, tutarsız da…”.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ziyafət Əsgərov deputatlara hirsləndi: SƏS VERİN DƏ?!

Read Next

Daha iki medal təsis olunur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir