Aqramunt istefa verdi…

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.

Etikxeber.az xəbər verir ki, bu barədə Aqramunt  özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim”- deyə, o,  qeyd edib.

Onu da qeyd edək ki, Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi uzun müddətdir gündəmdədir. İlk dəfə AŞPA-nın yaz sessiyasının iclasında ona etimad məsələsi qaldırılıb. Səbəb kimi P. Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. AŞPA sədri yaz sessiyasında çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər.

Etikxeber.az

Read Previous

“Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur…” – PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən ölkədir…” – AŞPA-NIN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir