Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“İndiki şəraitdə Azərbaycanda əhalinin yaşaması və dayanıqlı inkişafa nail olunması üçün addımlar atılmalıdır. Bu addımlar yeni iş yerlərinin açılması ilə bağlı olmalıdır”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova parlamentin plenar iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.
Bu yaxınlarda Azəraycan Prezidentinin cəbhə bölgəsinə səfərini xatırladan MM-in sədr müavini Füzuli rayonunda tikilən şəhərciyi xüsusi vurğulayıb:
“Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial vəzyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu addımlar həyat şəraitinin yaxşılaşdırılmasını istəyən digər qaçqın və məcburi köçkünlərdə ümid doğrur, stimul yaradır. Vətəndaşlarımızın regionlara qayıdıb, orada məskunlaşması, xüsusilə, bu yerlərin dirçəldilməsi ilə bağlı həyata keçirilən işləri xüsusi qeyd etmək lazımdır”.
Vitse-spiker onu da deyib ki, dövlətin ayırdığı vəsait hesabına çoxlu sayda obyektlər tikilərək, infrasturukturlar yaradılıb:
“Yeni iş yerlərinin açılması üçün kommunal xidmətlər və yolların tikintisi nəzərdə tutulub. Hesab edirəm ki, indiki şəraitdə burada əhalinin yaşaması və dayanıqlı inkişafa nail olunması üçün addımlar atılmalıdır. Bu addımlar yeni iş yerlərinin açılması ilə bağlı olmalıdır”.
B. Muradova əlaəv edib ki, regionların tarazlı inkişafı ilə bağlı ciddi siyasət yeridilir.
“Amma düşünürəm ki, həmin bölgələrdə aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinə ehtiyac var. Bundan başqa, xidmət sahəsinə güzəştli kreditlər ayrıla bilər ki, bu da yeni iş yerlərinin açılmasına imkan yaradar. Bütün bunları dövlətin hesabına etmək düzgün deyil. Azərbaycanda çoxlu sayda iş adamları, biznes fəalları var ki, onların təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların məşğulluğunu təmin etmləri, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmələri, eləcə də yeni iş yerlərinin açılmasına yarıdım etmələri istiqamətində addımlar atmaq lazımdır. Bunun üçün həm mərkəzi, həm də yerli icra orqanları lazımı addımlar atmalı, şərait yaradılmalıdır”– deyə, vitse-spiker bildirib.
Etikxeber.az