Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən “Mançester Siti” – “Bournemouth” oyunu “şəhərlilər”in hücumçusu Serxio Aquera üçün əlamətdar olub.
Etikxeber.az məlumat verir ki, argentinalı forvard karyerası ərzində 400-cü qoluna imza atıb.
S.Aquera 2011-ci ildən “Mançester Siti” klubunun şərəfini qoruyur.
O, İngiltərə təmsilçisinin heyətində 242 oyunda meydana çıxıb və 168 dəfə fərqlənməyə nail olub.
Serxio “İndependieta” (Argentina) və “Atletiko Madrid” (İspaniya) klublarında çıxış edib.
Etikxeber.az