“Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı… Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb…”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB – (1)

Şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanın şəhərlərinə kasetli bombalar atılır:

“Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən burdan Araik Arutunyana müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”. 

***

“Azərbaycan Silahlı Qüvvələri dəqiq raket zərbələri ilə Azərbaycan ərazisində olan legitim hərbi obyektləri neytrallaşdırır”-deyən H. Hacıyev bildirib ki, Vardenisdən və Gorus şəhəri yaxınlığından Azərbaycana raket zərbələri endirilir:

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu bütün region üçün təhlükədir. Ermənistanın hazırkı rəhbərliyi də region üçün təhlükədir. Gəncə, Tərtər və digər şəhərlərimizin əhalisi qorxmadan bu hücumlara sinə gərirlər. Bütün bunlar sənədləşdiriləcək və aidiyyəti beynəlxalq təşkilatlara təqdim ediləcək. Azərbaycanın peyk texnologiyası ilə atılan raketlərin trayektoriyası dəqiqləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Xankəndi yaxınlığında düşmənin artilleriya nöqtələri sıradan çıxarılıb:

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır”.

***

“Əks-hücum əməliyyatı nəticəsində Tərtər, Cəbrayıl və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib”.

Bunu isə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı alınır:

“Düşmən döyüşə qadınlardan sonra qocaları göndərir. Görünür ki, bu, düşmənin sonuncu ehtiyat qüvvələri olacaq”.

Etikxeber.az

Read Previous

“Ermənistan ərazisindən Gəncənin kasset tipli raket hücumuna məruz qalması gəncəliləri heç bir şəkildə qorxuda bilməz”-Hikmət Hacıyev – Düşmən bu dəfə Gəncəni atəşə tutdu-PREZİDENTİN KÖMƏKÇİSİ BƏYANAT VERDİ, MÜDAFİƏ NAZİRİ ERMƏNİSTANA XƏBƏRDARLIQ ETDİ, MÜDAFİƏ NAZİRLİYİ İŞĞALÇINI TƏKZİB ETDİ, PAKİSTAN SƏFİRİ ERMƏNİSTANIN HÜCUMUNU PİSLƏDİ… – YENİLƏNİB – (4)

Read Next

“Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun, Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”-ALİ BAŞ KOMANDAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir