Aramsız yağan yağışlar nəticəsində Kürdə suyun səviyyəsi qalxıb

Son günlər aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi xeyli qalxıb. Bu, çayın aşağı axarında, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində özünü daha çox büruzə verir.

Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsindən Etikxeber.az-a verilən məlumata görə, təkcə son bir həftə ərzində suyun səviyyəsi çayın Salyan rayonunun ərazisindən keçən hissəsində 64 santimetr, Neftçalada isə 38 santimetr qalxıb.

Çayın səviyyəsinin qalxması rayonlar üçün təhlükə yaratmasa da, aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər görürlər.

Etikxeber.az

Read Previous

Musiqili Teatrın direktoru İranda keçiriləcək konfransa dəvət olundu

Read Next

Türkiyə şirkəti istilik avadanlıqlarının 30 faizini Azərbaycana ixrac edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir