“ARB”-də qayınanasını öldürdüyünü-ETİRAF ETDİ, ANCAQ…BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Azərbaycanda 2 il əvvəl törədilən qətlin üstü açılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Xəbərə görə, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə Azərbaycan Respublikası Baş prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.

İstintaqla 1992-ci il təvəllüdlü, Yevlax rayonunun Bəydilli kənd sakini Cəfərov Seymur Elxan oğlunun 22.02.2020-ci il tarixdə saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərov 08.02.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əfsanə Cəfərova bir neçə həftə əvvəl “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirib.

Etikxeber.az

Read Previous

“Ermənistanın hərbi-siyasi rəhbərliyi tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb ediləcək”-OMBUDSMAN

Read Next

Rövnəq Abdullayev ARDNŞ-in prezidenti, Rövşən Nəcəf nazir müavini vəzifəsindən azad edildi-SABİQ SOCAR ŞEFİ MİKAYIL CABBAROVA MÜAVİN GÖNDƏRİLDİ, EKS NAZİR MÜAVİNİ İSƏ ARDNŞ PREZİDENTİNİN SƏLAHİYYƏTLƏRİNİ İCRA EDƏCƏK – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir