Ardıcıl dörd zəlzələ – YUNANISTANDA

Yunanıstanın şimalında, Makedoniya ilə sərhəddə 3,6 bal gücündə baş verib.

Etikxeber.az məlumat verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtı ilə saat 04:09-də qeydə alınan yeraltı təkanların episentri Drosaton yaşayış məntəqəsindən 7 km şimal-şərqdə, Makedoniyanın paytaxtı Skopyedən 145 km cənub-şərqdə yerləşib.

Bundan əvvəl yanvarın 2-ə keçən gecə eyni ərazidə 4,1, 3,5 və 3,0 bal gücündə üç zəlzələ qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Etikxeber.az

Read Previous

Daha 3 alim elmləri doktoru ola bilər… – FOTOLAR

Read Next

Yumurta bəhanəsi və ya… – ALYA YAQUBLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir