Arif Hacılı-ƏLİ ƏHMƏDOVLA SİYAVUŞ NOVRUZOVU DEDATA ÇAĞIRDI

Seçki Məcəlləsinin 155.2 maddəsinə görə namizədlərə pulsuz efir vaxtı verilməlidir. Bu maddəni görməzdən gələn Mərkəzi Seçki Komissiyası (MSK) 60-dan çox seçki dirədindən namizədi qeydə alınan siyasi partiyaya pulsuz efir vaxtı verilməsi maddəsini bəhanə gətirərək yalnız 1 dairəyə görə Müsavata pulsuz efir vaxtı vermir.

Etikxeber.az xəbər verir ki, bunu deputatlığa namizəd, sabiq millət vəkili, Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuata yazılı açıqlamasında bildirib.

O, iddia edib ki, hakim partiyanın-YAP-ın isə daha çox seçki dairələrində mübarizənin Müsavat namizədləri ilə YAP namizədləri arasında getdiyi indiki seçkidə onlarla açıq debata çıxmağa siyasi iradəsi çatmır.

“YAP sədrinin bu seçkilərdə namizəd kimi iştirak etmədiyini nəzərə alaraq YAP rəhbərləri Əli Əhmədovu, Siyavuş Novruzovu Azərbaycanın istənilən televiziya kanalının və ya istənilən internet televiziyasının efirində canlı yayımda debata çağırıram. TV kanalının da, aparıcının da YAP rəhbərliyi tərəfindən seçilməsinə etiraz etmirəm”-deyə, A. Hacılı qeyd edib.

Etikxeber.az

Read Previous

Jalə Əliyevadan-İZDİHAMLI VƏ COŞQULU GÖRÜŞLƏR, SEÇİCİLƏRİNDƏN MİNNƏTDARLIQ – FOTOLAR

Read Next

Deputatlığa namizəd-SEÇİCİLƏRİNİ DİNLƏDİ VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir