Arif Hacılı Əli Əhmədovun ünvanına sərt ifadələr səsləndirdi…

Doğrudanmı, Əli Əhmədov bilmir ki, bazarda qiyməylətin yuxarı olmasının səbəbkarı piştaxta arxasındakı satıcı deyil?! Bu, nə aktyorluqdu?! 

Etikxeber.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı avqustun 22-də Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YA) sədrinin müavini-icra katibi Əli Əhmədov və Kənd Təsərrüfatı naziri İnam Kərimovun mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə ticarət mərkəzinə baxış keçirərkən, hakim partiya rəsmisinin səsləndirdiyi fikirlərə öz “Facebook” səhifəsində münasibətini bildirərkən deyib.

Qeyd edək ki, Ə. Əhmədov mətbuat nümayəndələrinə açıqlamasında Azərbaycan hökumətinin süni qiymət artımına yol verilməməsini daim diqqət mərkəzində saxladığını, bu məqsədlə lazımi tədbirlər görüldüyünü deyib.

Ə. Əhmədov eyni zamanda, əhalinin müxtəlif təbəqələrinin ehtiyaclarının ödənilməsi üçün müxtəlif səviyyəli xidmətlər və məhsulların təklif edildiyini, eləcə də yüksək qiyməti olan məhsullara rast gəlindiyini bildirib.

“Biz məhsulların qiymətində müşahidə etdiyimiz fərq barədə də düşünməliyik. Xüsusilə bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpır. Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir. Biz qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın. İnsanlara xidmət göstərən satış mərkəzləri, habelə fermerdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər”-deyə, sözlərinə əlavə edib.

suni

“Müsavat” başqanının iddiasına görə isə bunlar monopoliyanın nəticəsidir.

“Əli Əhmədov, qiymətlər ona görə belə yüksəkdir ki, ölkədə analoqu olmayan korrupsiya, rüşvətxorluq, bütün iqtisadi sahələr, o cümlədən kənd təsərrüfatı mallarının istehsalı, ölkəyə gətirilməsi və satışı üzərində monopoliya var. Qiymətlərin belə yüksək olmasının, xalqın acnacaqlı durumunun səbəbkarı sizsiniz…”-deyə, A. Hacılı sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Əliyev Zelenskini təbrik etdi

Read Next

“Nə üçün ölkə başçısı və birinci vitse-prezident bu qədər sevilir?” – HİCRAN HÜSEYNOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir