“Müsavat”ın başqanı yenidən Arif Hacılı seçildi – 262 SƏSLƏ – FOTO – YENİLƏNİB – (3)

Bu gün Müsavat Partiyasının növbəti qurultayı öz işinə başlayacaq.

Etikxeber.az xəbər verir ki, qurultay “Büllur” şadlıq sarayında baş tutacaq.

Qurultayda təşkilati məsələlərə baxılacaq, başqan seçkisi keçiriləcək.

Başqanlığa üç namizəd var-Arif Hacılı, Tofiq Yaqublu Yadigar Sadıqov.

Qeyd edək ki, “Müsavat”ın əski başqanı İsa Qəmbər qurultay iştirakçılarını A. Hacılıya səs verməyə çağırıb.

***

“Müsavat”ın qurultayı öz işinə başlayıb.

“Başladıq. Yenilənmənin başlaması ümidiylə”.

Bunu isə “Müsavat”ın tanınmış və nüfuzlu üzvlərindən olan Alya Yaqublu öz “Facebook” səhifəsində yazıb və qurultay foto paylaşımı edib.

alya

***

Qurultayda İ. Qəmbərlə Müsavat başqanlığına namizədlər T. Yaqublu və Y. Sadıqlı arasında mübahisə düşüb.

Buna səbəb İ. Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub.  Bu zaman Y. Sadıqlı və T. Yaqublu etiraz edib.  İ. Qəmbər isə bildirib ki, T. Yaqublu  və Y. Sadıqlı çıxışlarında onun və A. Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər.

“Arif bəy çıxışında nə Tofiq bəy, nə də Yadigar bəy barədə bir kəlmə  belə tənqidi qeyd səsləndirmədi, bir kəlmə. Sizcə, Arif bəyin opponentlərinə cavabı yoxuydumu, deyiləsi məsələlər yoxdurmu? Arif bəyin 18 dəqiqə ehtiyatı qalmışdı. Arif bəyin 3-5 dəqiqəlik zamanı, hüququ yoxdurmu cavab verməyə? Burada İkram bəy və digərləri çıxış edib, fikir bildirmək istəyirlər. İndi necə edək: 2 nəfər və onları müdafiə 5-10 adamın iradəsiləmi hərəkət edək?!”-deyə, İ. Qəmbər etirazını ifadə edib.

Mübahisəyə A.Hacılı da qoşulub.

Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb.

***

Hazırda başqan seçkisi keçirilir.

Səsvermə, səssayma prosesi gedir.

Az sonra yeni başqanın kimliyi açıqlanacaq.

***

Hazırda səsvermənin nəticələri açıqlanır.

Səsvermənin nəticələrinə görə, 338 qurultay iştirakçısından 262 nəfəri A. Hacılıya səs verib və o, yenidən “Müsavat”ın başqanı seçilib.

T.Yaqublu 51, Y.Sadıqov 20 səs qazanıb.

Etikxeber.az

Read Previous

“Suriyanın 42 kəndi olmaqla,109 kilometr ərazisi terrorçulardan azad edilib” – ƏRDOĞAN

Read Next

Deputatların sayı 201-ə qaldırlsın, proporsional sistem bərpa olunsun – “MÜSAVAT”IN TƏKLİFİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir