Aripov Özbəkistanın yeni baş naziri seçildi

Özbəkistan parlamentinin aşağı və yuxarı palataları – Ali Məclis və Senatın bu gün keçirilən birgə iclasında yeni Prezident Şavkat Mirziyoyev çıxış edərək bildirib ki, Özbəkistan Liberal Demokrat Partiyası (ÖLDP) siyasi şurasının iki gün əvvəl keçirilən iclasında Abdulla Aripovun ölkənin Baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb. Dövlət başçısı hazırda Baş nazirin müavini vəzifəsində işləyən Abdulla Aripovun namizədliyini dəstəklədiyini deyib.

Etikxeber.az xəbər verir ki, Özbəkistan qanunlarına görə parlament seçkilərində ən çox deputat mandatı əldə edən partiya Baş nazirin namizədliyini irəli sürür. Hakim ÖLDP-nin isə parlament Ali Məclisində 52 mandatı var.

Səsvermə nəticəsində Abdulla Aripov Özbəkistanın Baş naziri seçilib, bununla bağlı Ali Məclis müvafiq Qanun qəbul edib.

İclasda Ali Məclisin və Senatın 209 deputatı Abdulla Aripovun lehinə səs verib.

Yeni Baş nazir iclasda proqram xarakterli çıxış edib, görüləcək işlər haqqında məlumat verib.

Ali Məclisin və Senatın üzvləri çıxışlarında yeni Baş nazirə fəaliyyətində uğurlar arzulayıblar.

Etikxeber.az

Read Previous

DİN qanunsuz valyuta mübadiləsinə qarşı xüsusi əməliyyat keçirir, saxlanılanlar var

Read Next

Qusarda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu – yaralananlar var – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir