Aronyana qalib gələn Teymur Rəcəbov “Airthings Masters”in-QALİBİ OLDU – PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTDƏN TƏBRİK – YENİLƏNİB

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb. 

34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib.

İlk görüşdə 2,5:1,5 hesabı ilə qələbə qazanan həmyerlimiz bu gün ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov 3 görüşdən (2:1) sonra çempion tituluna yiyələnib. 4-cü matçın heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.

Çünki Aronyan qalib gələcəyi halda belə qrossmeysterimiz iki günün nəticəsinə əsasən heç-heçə sayəsində də birinci olacaqdı. 

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.  

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib. 

21:18

***

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbovu möhtəşəm qələbə münasibətilə təbrik ediblər.

Təbrikdə deyilir:

“Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik”

Etikxeber.az

Read Previous

“Ali Baş Komandanın dediyi kimi, kimsə xalqımız təhqir etməyə çalışsa, dərsini elə alacaq ki, 44 günlük müharibə onun yanında yalan olacaq… Həm də Qarabağ bölgəsində cənnət yaradacağıq!”-ELDƏNİZ SƏLİMOVDAN İLİN İLK YAZISI

Read Next

Biganəlik və laqeydlik…-QAZİLƏRİMİZDƏN BİRİNİN PROBLEMİ ARTIQ NƏZARƏTƏ GÖTÜRÜLDÜ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir