“Arsenal”ın futbolçusu – “BEŞİKTAŞ”DA

İngiltərənin “Arsenal” komandasının yarımmüdafiəçisi Məhəmməd Elneni karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirəcək.

Etikxeber.az İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, Misir yığmasının 27 yaşlı üzvü sonradan satın alınmaq şərti ilə “qara qartallar”ın heyətində bir mövsüm icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, London komandasına 2015-2016-cı il mövsümündə İsveçrənin “Bazel” klubundan transfer olunan futbolçu son 3,5 ildə Premyer Liqada 100-ə yaxın oyunda meydana çıxıb.

Yetmiş beş oyunda da Misir millisinin formasını geyinən M.Elneni bu matçlarda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan” qəzetini əsasən 4-cü səhifəsinə görə alırlarsa…” – MUSA QULİYEV “SİYAVUŞ NOVRUZOV- BƏXTİYAR SADIQOV QALMAQLI”NDA YAP RƏSMİSİNİ DƏSTƏKLƏDİ

Read Next

İspaniyada futbol oyunları bir dəqiqəlik sükutla başlayır – ENRİKENİN QIZINA GÖRƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir