“Arsenal”ın müdafiəçisi Bellerin üçün mövsüm bitdi…

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Hektor Bellerin ciddi zədələnib.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 23 yaşlı ispaniyalı futbolçu “Çelsi” ilə matçın 69-cu dəqiqəsində dizindən zədələnərək meydanı xərəkdə tərk edib.

Komandanın baş məşqçisi Unay Emeri oyundan sonra verdiyi açıqlamada müdafiəçinin zədəsinin çox ciddi olduğunu deyib. Klubun həkimləri futbolçunun bu mövsüm meydana çıxmayacağını bildiriblər.

Qeyd edək ki, Bellerin cari mövsümdə “Arsenal”ın heyətində 19 oyunda meydana çıxıb.

Etikxeber.az

Read Previous

“Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib…” – SƏMƏD SEYİDOV

Read Next

“Səbəblərdən biri təhsilə məhdud çıxışın olmasıdır…” – MİLLƏT VƏKİLİ AŞPA-DAN SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir