“Arsenal”la “Mançester Yunayted” Roys ilə maraqlanır

Futbol üzrə Almaniya millisinin və “Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Marko Roys yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları yarımmüdafiəçini heyətlərinə qatmağa cəhd edirlər. Hər iki klub 28 yaşlı futbolçunun zədəsinin bərpasından sonra onunla danışıqlar aparmağa hazırlaşır. Roys isə klubu ilə müqaviləsi bitdikdən sonra ayrılmaq istədiyini bildirib.

“Borussiya Dortmund” klubu ilə müqaviləsinin müddəti 2019-cu ilin yayında başa çatan futbolçu zədə üzündən bu mövsüm oynaya bilməyib.

Etikxeber.az

Read Previous

“Güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin status-kvonu möhkəmləndirmək istəklərinə mane ola bilər” – MƏMMƏDYAROV

Read Next

CENEVRƏ GÖRÜŞÜNƏ ATILAN GÜLLƏLƏR – Zahid Oruc yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir