“Artımların davamı olacaq…” – HADİ RƏCƏBLİ DAHA NƏ DEDİ?

Özəl bölmədə vətəndaşın vergi yükünü demək olar ki, sıfıra endirdik. Vətəndaş vergi ödəmir. Həmçinin Sığorta Fonduna 22 faiz, 3 faiz məsələsi var idi, onlar da götürüldü, çünki sahibkar onları da gizlədirdi. Gəldi sahibkara haradasa 10 faiz düşdü, 10 faiz də sığorta olunana. Beləliklə, burada da tənzimləmə getdi. Vətəndaş da bildi ki, sığorta olunarsa, onun pensiya məsələsi həll olunar, müavinət ala bilər. Beləliklə, burada aparılan islahatın nəticəsi özünü göstərdi.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli “Yeni Müsavat”a müsahibəsində deyib.

“Biz gələn il yenə də bu addımları atacağıq”-deyən millət vəkili daha sonra bunları bildirib:

“Təbii ki, pensiyada, minimum əmək haqqında və bütövlükdə əmək haqqında da müsbət fərq olmalıdır.  Gələn il üçün ən aktual məsələlərdən biri də orta və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi, özünüməşğulluğun geniş vüsət almasıdır. 2-3 il bundan qabaq mən deyəndə ki, ünvanlı yardım əvəzinə  özünüməşğulluq proqramına keçib, kəndlərdə, dağ yerlərində bu adamlara qoyun versinlər, o fikrimi nə qədər təhrif edib lağa qoyanlar oldu, bu, mənə nə qədər pis təsir etdi.

elmira xala-hadi

Amma siz görürsünüz, o ideyalar həyata keçir. Yadınıza gəlir, mən maliyyə nazirinin yanında yaşayış minimumu ilə bağlı təklif verəndə kəskin şəkildə etirazlar olurdu. Minimum əmək haqqının qaldırılmasının adını çəkmək olmurdu. Amma görürsünüz, zaman və prezidentimizin istəyinin bizim istəyimizlə üst-üstə düşməsi çox şeyi yoluna qoydu. Beləliklə, artımların davamı olacaq…”.

Etikxeber.az

Read Previous

Deputat “əyalət universitetləri”nə niyə minnətdarlıq etdi?

Read Next

“Neftçi” “Speranta”nı darmadağın etdi – 6:0 – “NEFTÇİ” NÖVBƏTİ MƏRHƏLƏDƏ – YENİLƏNİB – (10)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir