“Artıq bələdiyyələrin özlərinin uşaq bağçaları və digər təhsil müəssisələri olmalıdır”-MİLLƏT VƏKİLİ DAHA HANSI TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİ?

Çox arzu edərdim ki, bələdiyyələr tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil və məktəbəqədər tərbiyə müəssisələri yaradılsın. Bilirsiniz ki, ölkəmizdə xeyli sayda özəl uşaq bağçaları yaradılmışdır. Maliyyə imkanı yaxşı olan bələdiyyələrdə belə sosial yönümlü təşəbbüslərin irəli sürülməsi çox təqdirəlayiq hal olar.

Etikxeber.az xəbər verir ki, bu təkliflə millət vəkili Fatma Yıldırım çıxış edib.

Qeyd edib ki, eyni zamanda, bu gün gənc bələdiyyə üzvlərinin əksər çoxluğunu qadın üzvlər təşkil edir.

“Ölkəmizdə Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyeva geniş miqyaslı gender siyasətinin reallaşmasına çox böyük dəstək verir. Hesab edirəm ki, həmin siyasətə uyğun olaraq yerli özünüidarəetmədə həm gənclərin, həm də qadınların rolunun artırılması prosesi paralel davam etdirilməlidir.

Artıq bir sıra bələdiyyələrdə gender komissiyalarının yaradılması istiqamətində tədbirlər görülür. Bir neçə bələdiyyə isə pilot olaraq müəyyən edilmişdir. 93 saylı Bərdə şəhər seçki dairəsinin deputatı olaraq mənim üçün çox xoşdur ki, Bərdə şəhər bələdiyyəsi də pilot olaraq müəyyən edilib və bələdiyyəyə həm texniki, həm də metodiki kömək göstərilir. Yaradılacaq həmin komissiyanın işində və digər tədbirlərdə çalışacağam ki, müəyyən dəstək göstərək və tövsiyyələrimimzi çatdıraq.

Düzdür, ola bilsin ki, istər yerli ekoloji, istərsə də digər sahələrdə təşəbbüslər maliyyə çətinliyi, kadr potensialı və ya digər səbəblərdən bələdiyyə rəhbərliyi tərəfindən ilkin olaraq dəstəklənməyə bilər. Lakin, gənclər ruhdan düşməməli, öz ərazilərində vətəndaşların sosial sifarişlərindən irəli gələn təkliflərinin həlli yollarını daha da əsaslandırmalıdır. Yaxşı olar ki, beynəlxalq təcrübədən yararlanaraq, yerli və xarici donorlara layihələrlə müraciət edilsin. Bir sözlə, potensial yerli imkanları bir daha təhlil eməklə, gənclər öz təşəbbüskarlığını davam etdirməlidir.

Artıq iki ildir ki, bəzi bələdiyyələr dövlət büdcəsindən subvensiya alırlar. Yaxşı olardı ki, dayanıqlı gəlir məmbələrinin yaradılması istiqamətində aidiyyatı qurumlara layihələr təqdim edilsin. Əgər, doğrudan da layihələr qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməklə büdcə gəlirlərinin artmasına səbəb olacaqsa yəqin ki, gec-tez həmin layihələr dəstəklənəcəkdir.

Həmçinin, 2020-ci il respublikamızda “Könüllülər ili” elan olunub. Artıq yarım ilini pandemiya dövrünü əhatə edən bu ildə bələdiyyələr könüllülərin iştirakı ilə müəyyən tədbirlər təşkil edə bilərlər. Ərazilərdə olan əhaliyə gənclər qədər yaxın heç kim ola bilməz. Ona görə də vətəndaşlar arasında maarifləndirmə tədbirlərində fəal iştirak etməklə onların məmnunluğunu təmin edən dövlət və bələdiyyə maraqlarını ifadə edən mesajlar çatdırmaq lazımdır.

Bir sözlə, gənclər elə fəallıq göstərməlidir ki, yerli özünüidarəetmədə gənclərin rolunu artırmaqla ölkə bələdiyyələrinin inkişafına nail olmaq lazımdır“-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Türkiyə onu təhdid edən terror bəlasından, Azərbaycan isə işğal faktından birdəfəlik qurtulacaq, xilas olacaq”-JALƏ ƏLİYEVADAN TÜRKİYƏNİ QISQANANLARA, ERMƏNİSTANI SİLAHLANDIRANLARA KƏSKİN ETİRAZ

Read Next

“Modern.az”-ın 11 yaşı-TAMAM OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir