Artıq Bakıda gədəbəylilər, lənkəranlılar, şəkililər…məhəllələri var – DEPUTATDAN ETİRAZ

Vergilər naziri aparılan tədbirlərin nəticə verməməsindən şikayətləndi

Kölgə iqtisadiyyatında çalışan şəxslər pensiya və sosial sığorta sistemindən kənarda qalırlar. Bu isə gələcəkdə onları layiqincə pensiya almaq hüququndan məhrum edir.

mikayilllll

Etikxeber.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə (MM) Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı çıxışında qeyd edib.  Onun sözlərinə görə,yeni dəyişikliklər  100 milyon insanın pensiya sistemindən yararlanmasına  xidmət edəcək:

“Bu il ərzində qeyri-leqal məşğulluqla bağlı 4100 cinayət halı aşkar edilib. Ancaq görülən tədbirlər istənilən nəticəni vermir. Məhz bu səbəbdən də Vergilər Məcəlləsinə edilən dəyişikliyin mahiyyəti qeyri-rəsmi verilən əməkhaqqlarının kölgədən çıxarılmasıdır.  Bu da bir sıra sahələrin inkişafına xidmət edəcək. Eyni zamanda bankların kredit aktivliyinin yüksəlməsinə də xidmət edəcək və bank sistemində qeyri-nağd dövriyyəsinin artmasına imkan verəcək”.

***

Fazil Mustafadan etriaz: Bakı məhəllələr şərəhinə dönüb

“Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir”.

Bu təkliflə isə Məcəllənin müzakirəsində deputat Fazil Mustafa çıxış edib.

Millət vəkili  qeyd edib ki, artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir:

“Bu da paytaxtda əhali sıxlığının artmasına səbəb olur. Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər  və. s məhəllələr var. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir. Həmçinin bölgələrdə  məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır. Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da 2 faiz vergi ödəyəcək, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ombudsmanın maaşı artırıldı, BÜDCƏ MÜZAKİRƏLƏRİ YENİDƏN BAŞLANDI – YENİLƏNİB – (3)

Read Next

Yaşayış minimumu 180 manat, ehtiyac meyarının həddi 143 manat olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir