“Artıq biganəliyə, məsuliyyətsizliyə yer yoxdur, koronavirus bəlasına çox ciddi yanaşmalı, deyilənlərə sözsüz əməl etməliyik”-JALƏ ƏLİYEVADAN ÇAĞIRIŞ

Daha iki həssas və çətin günü geridə qoyduq…

Daha iki gün-sərtləşdirilmiş karantin rejimi günləri arxada qaldı…

Əvvəlcə 4, bu dəfə isə 9 bölgəmizdə tətbiq edilmiş sərtləşdirilmiş karantin günləri tarixə çevrildi…

Düzdür,bu iki gündə gecəsini-gündüzünə qatşmış, aylardır həm bizim təhlükəsizliyimiz, can güvənliyimiz, həm də sağlamlığımız üçün həyatlarını böyük risq və təhlükə altına qoymuş, böyük fədakarlıqlar göstərmiş polislərimizlə, daxili işlər orqanlarımızın əməkdaşları ilə vətəndaşlar arasında gərginliklər, hamımızın üzüntüsnə səbəb olan – 7-8 iyunda baş verənlər yaşanmadı, insanlarımız əksəriyyət etibarı ilə səbr, təmkin nümayiş etdirdi, karantin qaydalarına əməl etməklə, vətəndaşlıq görəvlərini yerinə yetirdi, əlavə problemlər yaratmadı.

Amma bununla belə, bəzi vətəşdaşlarımız yenə də qoyulan qaydalara, karantin tələblərinə laqeydlik, biganəlik göstərdilər. Xüsusilə, də ötən həftənin beşinci günündən rayonlara, istirahət bölgələrinə başlanan “köç” dalğası, axın, yollaradakı sıxlıq, tıxac cox ciddi narahatlıqlar yaratdı və yaratmaqdadır. Çünki bu axın, bu dalğa həmin insanlarla yanaşı, üz tutduqları rayonların, bölgələrinin insanları, vətəndaşları üçün də böyük risq və təhlükə idi…Onlar həm özlərinin, həm yaxınlarının, həm də o bölgələrdəki insanların həyatlarını böyük risq altında qoymuş oldular…Bunu həmin bölgələrin insanlarından aldığımız məlumatlar, mesajlar da bir daha təsdiqləyir…

Heç nəyə fikir vermədən, karantin tələblərinə əməl etmədən belə bir addıma yol vermək gerçəkdən yolverilməz və qəbuledilməzdir…Qayda-qanun hamı üçündür və eynidir…Kimsə özünü əlahiddə apara, hesab edə bilməz… Özünüz də son 3-4 gündə açıqlanan və böyük həyəcan doğuran statistikanı görürsünüz…Yenə də artım, yenə də çoxalan ölüm halları…Tanınmışların, məşhurların, tandıqlarımızın koronavirusa yoluxması, bu bəladan əziyyət çəkməsi artıq hamımızı ciddi şəkildə düşündürməlidir. Dəyərli ziyalımız, hamımızın sevimlisi Bəhram Bağırzadə artıq neçə gündür ki, ağır vəziiyətdədir, koronavirus bəlasından əziyyət çəkir, onun sağlamlıq durumu birbaşa ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehrian xanım Əliyevanın şəxsi nəzarətindədir.

Bunun özü məsuliyyətsizlik, laqeydlik, biganəlik göstərən bəzi vətəndaşlarımza nəsə demirmi? Onlar məsələnin, bəlanın ciddiyyətini anlamırlarmı? Niyə özlərinin də, başqalarının həyatını “sevə-sevə” risqə atırlar? Tibbi maskalardan və əlcəklərdən istifadə etmək, sosial məsafəni gözləmək, karantin şərtlərinə və tələblərinə əməl etmək bu qədərmi çətindir?

Özünüz də görüsünüz və şahidsiniz ki, bu ilin yanvar-fevral aylarından dünyanı caynaqlarına keçirmiş koronavirus pandemiyası, koronvirus bəlası öz pəncələrini hələ də insanlığın, bəşəriyyətin üzərindən çəkmək istəmir… Nəinki istəmir, əksinə, gündən-günə daha da bərk, möhkəm yapışır, insanlığı, dünyanı qorxusu altında saxlamaqda, inlətməkdə davam edir…Ara-sıra azalmalar, enmələr olsa da, bunlar keçici, ötəri xarakteri daşıyır, insan həyatları, ölkə iqtisadiyyatları yenə göz görə-görə çökməkdə davam edir… Və dünya hələ də bunun-bu bəlanın qarşısında əlacsız vəziyyətdə qalmaqdadır…

Ancaq ölkəmizin, xüsusilə də, dövlət başçımızın vaxtında, zamanında, məqamında atdığı unikal, qabaqlayıcı, önləyici tədbirlər nəticəsində bu bəlanın digər ölkələrdə olduğu kimi, bizdə də daha böyük itkilər və fəsadlar yaşatmasının qarşısı alındı, ilkin mərhələdə istər yoluxma, istərsə ölüm halları kritik həddə çatmadı. Həm də dalbadal verilən qərarlar, fərmanlar, sərəncamlar, keçirilən açılışlar nəticəsində insanlarımızın, iqtisadiyyatımızın bu bəladan nisbətən daha az itkisiz, daha az fəsadsız, daha az zərərsiz ötüşməsi mümkünləşdi. Bəlkə də bir çox ölkələrin illik büdcələri həcmində Azərbaycanda təkcə 3, 5 milyardlıq sosial paket icraya yönəldildi… İnsanların əhval-ruhiyyəsinin aşağı düşməsinin, ümidsizləşməsinin önü alındı…Bunlar da adi, sıradan məsələ deyil və kimsəyə də asan görünməsin…Tarixi, böyük, möhtəşəm addımlardır…

Eyni zamanda, demək olar ki, hər gün bu bəlanın, bu təhlükənin aradan qaldırılması istiqamətində növbəti, yeni addımlar atılır…İndi bu addımların üzərindən nəyə görə bir andaca xətt çəkilməlidir? Nəyə görə bəzilərimizin məsuliyyətsizliyi üzündən bu qədər görülən işlər, çəkilən zəhmətlər, əməklər hədər getməldir? Heç kimə belə bir haqq-hüquq tanınmayıb. Kimsənin ixtiyarı yoxdur ki, bu işləri, bu addımları, bu zəhmətləri yerə vursun, həm insanlarımızı, həm də daim vətəndaşının yanında olan dövlətimizi çətin və çıxılmaz durumda qoysun…

Bu baxımdan bir daha belə hesab edirəm ki, nə qədər çətin olsa da – xüsusilə, havaların istiləşməsi, əsəblərin tarıma çəkilməsi fonunda, – əgər bu bəladan birdəfəlik xilas olmaq, qurtulmaq istəyiriksə, Operativ Qərargahın, TƏBİB-in verdiyi qərarlara, tövsiyələrə, karantin şərtlərinə hamılıqla və sözsüz əməl etməliyik. Ən azı ölkə Rəhbərimizdən, Birinci xanımdan nümunə, örnək götürməliyik və götürülməlidir.

“Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin”-deyən dövlət başçımıza, dövlətimizə bu çətin və həssas günlərdə bir daha vətəndaş məsuliyyətimizlə həmrəyliyimizi, dəstəyimizi nümayiş etdirməlik.

Yalnız bu zaman bu bəlaya da qalib gələ və birlikdə də güc ola bilərik!

13:22, 19:55

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Etikxeber.az

Read Previous

Daha 338 yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

“Günümüzün qəhrəmanları olan səhiyyə işçilərimizin zəhmətləri, əməkləri hədər getməyəcək və…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir