“Artıq bir çox dövlət şirkətləri dövlət başçısının fikirlərini, sərt və birmənalı xəbərdarlıqlarını ciddi şəkildə nəzərə almalı, xoşagəlməz tendensiyalara, arxayınlaşmalara təcil şəkildə son qoymalıdırlar…”-MİLLƏT VƏKİLİ

Bu ilin yanvar ayından dünyada, fevral ayının sonlarından isə ölkəmizdə yaşanan koronavirus pandemiyası ilə mübarizə çox böyük addımlar atılmış, böyük məsafə qət edilmişdir.

Bir çox dövlətlər ilk vaxtlar bu bəlanı ciddiyə almayıb, sonradan onun fəsadları qarşısında aciz duruma düşərkən, ölkəmiz ilk gündən bu “gizli düşmən”in nələrə səbəb ola biləcəyini anlayaraq, hiss edərək, vaxtında, zamanında önləyici, qabaqlayıcı tədbirlərə start verdi.

Ötən 6 aya yaxın müddət ərzində görülən işlər, həyata keçirilən uzaqgörən və müdrik siyasət nəticəsində də koronavirus pandemiyasının həm mənəvi, həm maddi anlamda böyük itkilərə, böyük fəsadlara gətirib çıxarmasının qarşısı alındı.

5 milyona yaxın insan sosial paketlə əhatə olundu, 600 min insan 190 manatlıq birdəfəlik ödəmə, müavinətlə təmin edildi, bu proses indi də davam etməkdədir. Heç təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyevin son müşavirədə verdiyi tapşırığa əsasən, xüsusi karantin rejimi tətbiq edilən 13 rayonun həssas sosial təbəqədən olab insanlarına ayqust ayında da birdəfəlik ödəmənin verilməsi qərara alındı.

Eyni zamanda, ölkədə “Yeni klinika” başda olmaqla, koronavirus pandenmiyası daşıyıcılarının müalicə və müayinəsi üçün bir neçə xəstəxana həkimlərin və pasiyentlərin istifadəsinə, ixtiyarına verildi, eləcə də. Bakıda və bir neçə bölgəmizdə (o cümlədən, Qobustanda, Şəkidə və sair) modul tipli xəstəxanın açılışı keçirildi.

15 mindən artıq ödənişli təhsil alan tələbənin yaz və payız semestrlərindəki təhsil haqları dövlət tərəfindən qarşılandı.

Həmçinin, ötən müddətdə ərzində Bakı şəhəri də daxil olmaqla, iri sənaye şəhərlərimiz olan Sumqayıtda, Gəncədə, o cümlədən, Şəkidə, Şamaxıda, Qəbələdə, İsmayıllıda, Goranboyda, Qobustanda, Ağcabədidə, Tərtərdə və başqa bir neçə bölgəmizdə bır sıra önəmli və əhəmiyyətli müəssisələrin, obyektlərin, yolların, körpülərin və sair açılışı reallaşdırıldı, yeni təməlatma mərasimləri baş tutdu, xeyli sayda iş yerləri açılıdı.

Eyni zamanda, növbəti fərmanlar və sərəncamlar imzalandı ki, onların da maliyyə tutumu 10 milyonlarla, 100 milyonlarladır.

Bütün bunlar isə Azərbaycan dövlətinin gücünün, iqtisadi inkişafının, tərəqqisinin göstəricisidir. Bütün bunlar Azərbaycan insanı və Azərbaycan vətəndaşı, onların sağlamlığı, rifahı naminə atılan addımlardır. Bunlar hamısı Azərbaycan dövlətinin, xüsusilə, onun müdrik rəhbəri-cənab Prezident İlham Əliyevin Azərbaycan vətəndaşı, Azərbaycan insanı naminə etdiyi fədakarlıqlardır.

Bunlar onu göstərir ki, bütün çətinliklərə, ağır sınaqlara, 32 ildən artıq zorla münaqişəyə cəlb olunmasına rəğmən, Azərbaycan dövləti, ölkə Prezidenti və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyeva hər daim Azərbaycan insanının, Azərbaycan vətəndaşının yanındadır və bundan sonra da yanında olacaq.

Son müaşavirədə çıxışı zamanı “Bizim iqtisadiyyatımız altı ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada, eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də rol oynayıb. Eyni zamanda, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik”-deyə, qeyd edən dövlətimizin başçısı Azərbaycanla müqayisədə bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzülün 10 faiz, 14 faiz, 20 faiz, ondan da çox olduğunu dilə gətirdi. Qeyd etdi ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir.

“Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır”-deyən ölkəmizin rəhbəri iqtisadi inkişafın təmin edilməsi üçün sahibkarlara dəstəyin bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəyini bəyan etdi. Həmçinin bildirdi ki, sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı.

Bununla yanaşı, çıxışında dövlət başçımız xüsusilə, dövlət şirkətlərində (qaz, su, elektrik enerjisi və  s.) itkilər aradan qaldırılmasının, bir çox dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmasının vacibliyini vurğuladı.

Dövlət başçının çıxışından sitat:

 “…Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq… Əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır…”.

Bəli, şəxsən mən də belə hesab edirəm ki, artıq bir çox dövlət şirkətləri dövlət başçısının fikirlərini, sərt və birmənalı xəbərdarlıqlarını ciddi şəkildə nəzərə almalı, xoşagəlməz tendensiyalara, arxayınlaşmalara təcil şəkildə son qoymalıdırlar.

Onlar artıq problemlərini, görməli olduqları işin məsuliyyətini, ağırlığını dövlətin çiyinləri üzərinə atmamalıdırlar, öz işlərini günün və dövrün reallıqları, tələbləri əsasında qurmalıdırlar.

Çünki bundan sonra onlara heç bir güzəşt edilməyəcək, onların səhvləri, xətaları bağışlanmayacaq.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti azalama-100-ə yaxınlaşdı – DAHA 5 ÖLÜM…

Read Next

“Deputatı o zaman ittiham etmək olar ki, millət vəkili problemi dilə gətirməyə, gizlədə…”-DEPUTAT NÖVBƏTİ DƏFƏ SEÇİCİLƏRİNƏ SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir