“Artıq Ermənistanda da başa düşürlər ki…”-MİLLƏT VƏKİLİ

Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşündə Zəngəzur dəhlizi ilə bağlı anlaşma Prezident İlham Əliyevin növbəti inamlı qələbəsidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib

Onun sözlərinə görə, rəsmi Bakı iki il yarımdır ki, dəhlizə israrla mane olan Ermənistanın iradəsini qırsa da, əslində bu razılaşmada uduzan tərəf yoxdur.

“Sadəcə, İrəvan revanşist niyyəti və mümkünsüz xülyaları ilə özünü dalana dirəmişdi. Praqa görüşündən sonra yerli telekanallara müsahibə verən Prezident İlham Əliyev də bəyan etmişdi ki, “biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.Beləliklə, Moskva razılaşması göstərir ki, artıq Ermənistanda da başa düşürlər ki, nəinki regional əməkdaşlıqdan faydalanmaq, bütövlükdə regionda mövcud olmaq üçün Prezident İlham Əliyevlə hesablaşmağa məhkumdurlar.

Bildiyiniz kimi, Zəngəzur dəhlizi üçün hüquqi bazis Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin 10 noyabr 2020-ci il Bəyanatıdır. Kapitulyasiya aktının 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri, o cümlədən Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpa edilməsi razılaşdırılıb. Ermənistan israrla prosesi pozmağa niyyətli olsa da, hadisələrin axarı və Azərbaycanın artan güc və imkanları, o cümlədən cənab İlham Əliyevin Zəngəzur dəhlizini qlobal maraqların təmin olunduğu elementə çevirməsi ilə Ermənistan fakt qarşısında qalaraq bu prinsipial məsələ üzrə də təslimiyyətə məcbur oldu.

Lakin Moskvada Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı ümumi anlaşma hələ son deyil, çünki 10 noyabr bəyanatında yalnız dəmir yolu yox, bütövlükdə kommunikasiyalar nəzərdə tutulur, yəni cənab Prezidentin də ifadə etdiyi kimi, kommunikasiya xətləri həm də qərb rayonlarımız və Naxçıvanı birləşdirəcək avtomobil yollarını da əhatələyir. Əlbəttə, İrəvanın tutacağı mövqedən asılı olmayaraq Azərbaycanın bu məsələnin də həllinə nail olacağı şübhə doğurmur.

Cənab İlham Əliyevin mayın 28-də Laçında bəyan etdiyi kimi, “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə növbəti-MÜRACİƏT

Read Next

Şuşa həbsxanası ərazisində kütləvi məzarlıq aşkarlandı-OMBUDSMAN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇAĞIRIŞ ETDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir