“Artıq müalicələri başa çatmaq üzrədir, səhhətləri və əhvalları isə olduqca yaxşıdır”-BƏHRUZ MƏHƏRRƏMOV BİLƏSUVARLI ƏSGƏR VƏ QAZİLƏRDƏN DANIŞDI

Qəhrəman əsgər və qazilərimizdən də xəbər var. Bu gün İkinci Vətən Müharibəsinin qəhrəmanları Biləsuvar rayonunun Dərvişli kəndindən olan qazilərimiz Qafar Şərbətov və xalası oğlu Firavan Qafarlıya zəng etdim. İgidlərimiz müharibə başlayandan könüllü kimi döyüşlərdə iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışlar. Artıq müalicələri başa çatmaq üzrədir, səhhətləri və əhvalları isə olduqca yaxşıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, həmçinin Biləsuvar rayonundan olan digər qazilər- Ovçubərə kənd sakini Kamran Nəsirov və Biləsuvar şəhərindən olan Dövlət Gömrük Komitəsinin əməkdaşı HüseynzadəTaleh Zaur oğlu ilə danışıb.

“Hər biri bu haqq savaşında şəxsən iştirak etdikləri üçün qürurludur. Bəydili kəndindən qazimiz Rahim Fərəczadənin isə atası – 1-ci Qarabağ müharibəsinin iştirakçısı, Biləsuvarın igid oğullarından olan Cəlaləddin Fərəcovla əlaqə saxladım. Rahimin səhhəti və ailənin qayğıları ilə maraqlandım, şükr ki, Rahim artıq sağalıb və yenidən xidmətə yollanmışdır.

Allah bütün qazilərimizə şəfa versin! Bu gün həmçinin ikinci Qarabağ müharibəsinin fəal iştirakçılarından olan Nəsimikənd kənd sakini Alışlı Amin Tofiq oğlunun ailəsi ilə əlaqə saxladım, igid hərbçimiz hazırda qalib Ordunun fərdi kimi vətənə xidmət edir, əhvalı isə əladır! Allah Azərbaycan əsgərini qorusun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bu gündən dekabrın 7-dək ölkə ərazisində ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Read Next

Yeni il və Novruz bayramında-QEYRİ-İŞ GÜNLƏRİ MƏLUM OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir