“Artıq ölkə daxilində də yoluxma halları var…”-İBRAHİM MƏMMƏDOV – YENİLƏNİB

İndiyə qədər görülən işlər nəticəsində ölkəyə koronavirus infeksiyasının xaricdən daxil olmasının qarşısı alınmış vəziyyətdədir.

Etikxeber.az məlumat verir ki, bunu bu gün ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O, deyib ki, ölkədə biznes fəaliyyətinin qorunub saxlanması üçün yükdaşımalar, ticarət əlaqələri təmin edilir: “Səhiyyə işçilərinin gecə-gündüz fəaliyyətinə baxmayaraq, artıq ölkə daxilində də yoluxma halları var. Dünyada da yaranmış vəziyyəti nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi tətbiq edib”.

İ. Məmmədov əlavə edib ki, martın 24-dən aprelin 20-dək davam edəcək xüsusi karantin rejiminə əsasən, artıq rayonlardan Bakı, Sumqayıt və Abşeron rayonuna deyil, Bakı, Sumqayıt və Abşerondan da rayonlara çıxış qadağan edilir.

***

“Səfərbərlik, hərbi xidmətə çağırış hökumətin diqqət mərkəzindədir”.

Bunu da İ.Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, yəqin ki, yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək.

Etikxeber.az

Read Previous

“Bu xəstəliyi 80 faiz yüngül keçirsə də, 20 faiz üçün xüsusi müalicə lazım olur, 5 faizi isə…”-NAZİR MÜAVİNİ

Read Next

“Vətəndaşlarımız həm də xarici ölkələrdə o ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir