“Artıq qara 2 aprel yoxdur, artıq Şanlı 25 noyabr var…Kəlbəcər artıq öz sahibindədir!”-ELDƏNİZ SƏLİMOV

Torpaq dedikdə, ilk olaraq ağıla müqəddəs bir məfhum gəlir.

Çünki torpaq Anadır.

Torpaq qanı ilə, suyu ilə müqəddəsdir.

Bu torpağ üçün canlar fəda olunub.

Şəhidlərimizə Allah rəhmət etsin!

Onların ruhu gəzir bizim əzəli torpaqlarımızda.

Necə də qürurverici hissdir torpağını-Hadrutunu, Füzulini, Cəbrayılını, Zəngilanını, Daşaltını, Qubadlını, Şuşanı, Ağdamını…düşmən tapdağından xilas etmək.

Bu yolda canını göz qırpmadan fəda edə bilmək.

Müqəddəs bir yoldur bu.

Ona görə də hər kəsə qismət olmaz.

Azərbaycanın bu gün var olması buna görədir.

İllərdir Şəhidlərimizin ruhu bizə yol göstərir, bizi döyüşə haraylayır.

Müzəffər Azərbaycan Ordusu öz gücü, qüdrəti ilə yumruq kimi bir olub düşmənin başı üzərində ildırım kimi çaxdı.

Onlara nəfəs almağa belə imkan vermədi.

Eşq olsun, belə dövlətə! Eşq olsun, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə!

Bu şərəfli yolda onun çəkdiyi əziyyət çox böyükdür.

Ulu Öndərimizin illər əvvəl yazdığı tarix, bu gündə davam edir.

Cənab Prezident bu siyasəti bu gündə uğurla davam etdirir.

Bəli, Azərbaycanın daxili və xarici siyasəti bu gün göz görəcək qədər sürətlə yüksəlişə doğru gedir.

İstər müharibə dövründə, istərsə də, pandemiya dövründə bizim yüksəlişimizə təsir edən maneə olmadı.

Bu, uğurlu siyasətin nəticəsidir.

Daim inkişaf edən bir göstəricilərə malik olmaq dövlət üçün möhtəşəm bir uğurdur.

Bizim alnımıza yalnız Qələbə yazılıb.

Artıq məsuliyyətimiz bir az da artıb.

Çünki bunları artıq qorumaq gərəkdir.

Geri alınan torpaqlarda möhkəmlənmək, qala olmaq gərəkdir.

Şərəfimizlə, qanımızla yazdığımız Tarix artıq bizim tarixdir.

Azərbaycan tarixi yeniləndi.

Bütün dünya buna şahid oldu ki, bizə olunan haqsızlıq cavabsız qala bilməz.

Biz haqqımızı tələb etdik, bizə aid olanları geri aldıq.

Bu vəziyyət istər sülh yolu ilə, istərsə də, hərb meydanında həll olunacaqdı.

Elə də oldu.

Ermənistan bizim Ordumuzun gücünü, qüdrətini gördü.

Necə sarsılmaz bir gücə malik olduğumuza özləri şahid oldular.

El bir olsa, dağ oynadar yerindən.

Birliyimizlə qazanılmış bir Qələbədir bu.

Alınan hər bir qarış torpaqda Səhidlərimizin qanı var.

Lakin onların ruhu artıq şaddır. Ruhları bizil ellərdə rahat dolaşır.

Bizdə xalq olaraq çox rahatıq. Çünki illərin mifini məhv etdik. Yox etdik əzəli düşmənin nağıllarını.

İllərdir sürən hüzn artıq yoxdur. “Qarabağ kimi bir dərdimiz var” demirik daha.

Gənclərimiz Qarabağsız bir həyat yaşamayacaqlar.

Onlar artıq yeni tarixin övladlarıdır, yeni şanlı Azərbaycan tarixini yaşayırlar.

Qələbə sevinci ilə xoşbəxtçiliyimizin həddi-hüdudu yoxdur.

Bu sevincə görə ən başda cənab Ali Baş Komandana minnətdarıq.

Onun yürütdüyü siyasət ilə bu günləri yaşayırıq.

Var olsun, cənab Prezident!

Var olsun, Azərbaycan Ordusu!

Var olsun, Azərbaycan!

P.S. Yazını hazırlayıb başa çatdırarkən, daha bir möhtəşəm, qəlbləri yerindən oynadacaq, çıxaracaq bir xəbər aldıq…

Azərbaycan Ordusu artıq Kəlbəcərimizdədir, müqəddəs Vətən torpaqlarına daxil olub…

Nə gözəl xəbərdir, nə gözəl gündür…

27 ildən çox müddətdə işğal altında olan Kəlbəcərimiz artıq bizdədir, öz əzəli-əbədi sahibindədir…

Artıq qara 2 aprel yoxdur, artıq Şanlı 25 noyabr var…

Zəfərin, Qələbən mübarək, Azərbaycanım!

Laçınımız…Sənə də gəlirik…

Cəmi 6 gün qalıb, cəmi 6 gün… 28 illik həsrətə-həsrətinə son qoyulur…

Yaşa, yaşa, can Azərbaycanım!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Putin arasında-NÖVBƏTİ TELEFON DANIŞIĞI…

Read Next

“Cəmi 27 yaşlı…İki bacının tək qardaşı…”-MİLLƏT VƏKİLİ ŞƏHİD CAVİD HÜSEYNOVDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir