“Artıq risklər yoxdur…” – VALEH ƏLƏSGƏROV – FOTO

Vitse-spiker: “Risklər olmadığına görə Dövlət Neft Şirkəti danışıqlar nəticəsində daha üstün, daha əlverişli şərtləri əldə edə bilib”

 Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. MM sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov gündəlikdəki məsələ barədə məlumat verib.

Etikxeber.az xəbər verir ki, iclasda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kapian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiye Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında müzakirələr aparılıb. V. Ələsgərov bildirib ki, Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası bu yenilənmiş, uzadılmış kontraktda bundan öncəki şərtlərdən aşağı yox, daha üstün şərtlərlə bu kontraktı imzalayıb. Onun sözlərinə görə,  bu da təbiidir, çünki artıq risklər yoxdur. O, qeyd edib ki, bu risklər olmadığına görə Dövlət Neft Şirkəti danışıqlar nəticəsində daha üstün, daha əlverişli şərtləri əldə edə bilib. “Şirkətlərin daha aşağı risklərlə iş aparması üçün burada imkan yaradılır, bunun da əvəzi olaraq dövlətə səkkiz il ərzində hər il 450 milyon dollar vəsait ödəniləcək. Kontraktın digər şərtləri dəfələrlə qəbul edilmiş və standart şəkildə yazılmış mətnlərdir”-deyə, vitse-spiker sözlərinə əlavə edib.

SOCAR-ın prezidenti, adıçəkilən komitənin üzvü Rövnəq Abdullayev də Sazişin əhəmiyyətindən danışaraq bildirib ki, qanun layihəsində o qədər də ciddi dəyişiklik edilməyib. “Təkcə Azərbaycanın hazırkı inkişafında rəqəmlər dəyişib və bu da xeyrimizə olan göstəricilərdir. Bu Saziş 20 il keçməsinə baxmayaraq, yenə də öz əhəmiyyətini itirməyib”-deyə, R. Abdullayev daha sonra qeyd edib.

Müzakirə zamanı digər komitə üzvləri də qanun layihəsi barədə bəzi fikir və təkliflərini səsləndiriblər.

Sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ərdoğanın rəqibi – AKŞƏNƏRİN “İYİ” PARTİYASI ELAN OLUNDU – FOTOLAR – YENİLƏNİB

Read Next

Prezident Goranboya 5,7 milyon manat vəsait ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir