Artıq Tibbi-Sosial Ekspert komissiyalarına müraciət edilməyəcək – Nazir müavini

“Gələn həftənin bazar ertəsindən etibarən vətəndaşlar Tibbi-Sosial Ekspert komissiyalarına müraciət etməyəcək”.
Etikxeber.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.
O, qeyd edib ki, əvvəllər bu sahədə bir çox problemlər, şikayətlər, neqativ hallar mövcud olub:
“Bunları aradan qaldırmaq üçün islahatlar aparıldı və bu sahədə tam avtomatlaşdırılmış sistem qurulub və gələn həftənin bazar ertəsindən elekton sistem fəaliyyətə başlayacaq. Səhiyyə müəssisələri tərəfindən göndərişlər elektron qaydada bizim servis mərkəzlərinə göndəriləcək. Həmin servisdə “Forma 88″ kodlaşdırılıb, adsızlaşdırılacaq. Bizim həkimlər sənədlərin kimə aid olduğunu bilməyəcək”.

Etikxeber.az

Read Previous

Prezident: “Müsəlmanların bir-birini qırmasına laqeyd baxa bilmərik” – YENİLƏNİB

Read Next

Dekabrın 5-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir