“Artıq yeni partiya -“Hayır” partiyası qurulub…” – AKŞƏNƏR

“Türkiyədə artıq yeni partiya -“Hayır” partiyası qurulub”.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyənin nüfuzlu siyasətçilərindən olan Meral Akşənər deyib.

Qeyd edək ki, M.Akşənər Demokrat Partiyasını ziyarət edib və bu zaman yenidən müdia mənsubları tərəfindən sual “yağışı”na tutulub.

O, “Yeni partiya quracaqsınızmı, bu barədə iddialar nə dərəcədə doğrudur” sualına cavabında TBMM başqanının sabiq müavini yarızarafat, yarıciddi “Artıq Türkiyədə bir “Hayır” partiası yaranıb”-deyə, bildirib.

M. Akşənər 16 aprel referendumundan sonra “Hayırçı”ların cəbhəsinin bir arada və bunun yaxşı bir əlamət olduğunu deyib, eyni zamanda, bu məsələni düzgün dəyərləndirməyin vacibliyini dilə gətirib.

Etikxeber.az

Read Previous

“Müxtəlifliyə, rəğbət və hörmətə…” – BOKOVA

Read Next

40 mərtəbəli binada yanğın baş verdi: 3- ü uşaq olmaqla 9 nəfər xəsarət aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir