“Arzulayırıq ki, əlillər barədə də cinayət işi açılmasın…” – QÜDRƏT HƏSƏNQULİYEV

Bizim işğal olunmuş torpaqlarımızda qanunsuz məskunlaşanlar, sərmayə qoyanlar haqqında cinayət işi açılmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Milli Məclisin (MM) payız sessiyasının ilk iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili deyib ki, bu barədə qanunun qəbul edilməsinə ehtiyac var.

 Deputat həmçinin, sentyabrın 28-də bir qrup Qarabağ müharibəsi əlili ilə SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş vermiş insidentə də toxunub:
“Polis həmin hadisə zamanı təmkin nümayiş etdirdi. Arzulayırıq ki, əlillər barədə də cinayət işi açılmasın. Araşdırmaq lazımdır ki, niyə əlillərin belə əsəbi reaksiyası var? Sökülən evin ətrafında evlər var. Əlillər də deyir ki, niyə həmin ev sökülmür, amma onlara qarşı belə münasibət göstərilir? Digər tərəfdən, belə hallarda məhkəmə qərar verməlidir. Ancaq neft şirkətinin əməkdaşları elə durum yaradır, polisi dəvət edirlər və belə hal ortaya çıxır. Polisi belə təxribatlara cəlb etmək olmaz”– deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

Read Previous

Tahir Kərimli Qarabağ komitəsinin yaradılmasını təklif etdi – SİYAVUŞ NOVRUZOV MƏQBUL SAYMADI – YENİLƏNİB

Read Next

“Ay camaat, bayrağı oyuncağa çevirməzlər…” – ARAZ ƏLİZADƏ HACI ƏBDÜLDƏN SİTAT GƏTİRDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir