Arzusu gerçəkləşdirilən, iş, yataq otağı muzeyə çevrilən Şəhidimiz…DAŞ DEYİL, CANLI, İSTİ NƏFƏSLİ, YAŞAYAN, YAŞAYACAQ, YAŞADACAQ MUZEY…-KAMİL HƏMZƏOĞLU YAZIR – FOTO-VİDEO

İkinci Vətən Müharibəsinin Qəhrəmanlarından, İgidlərindən və Şəhidlərindən olan Fuad Şöhrət oğlu Xankişiyev…

Evin-ailənin iki övladından biri, tək oğlu…

Hazırda Fuadgildə, vaxtilə yaşadığı, valideynlərinin yaşadığı evdəyəm, müqəddəs ocaqdayam…

Bu, həm də mənim onlara, bu ocağa ikinci gəlişimdir…

İlk dəfə bu evdə, bu ocaqda Fuadın Cənnətdəki ilk doğum günündə, adını daşıyan “Şəhid bulağı”nın açılıışı zamanı oldum…

Bu dəfə isə Fuadın ev-muzeyi ilə tanış olmağa gəlmişəm…

Ev-muzeyinə çevrilən otaq vaxtilə Fuadın iş, yataq otağı olub…

Qeyd edim ki, Fuad çox istedadlı, çox qabiliyyətli, yaradıcı ruhlu olub…

Əlindən həm də rəssamlıq, dizaynerlik gəldiyi üçün həmin otağı təmir etməyə başlayıbmış…

Amma İkinci Vətən Müharibəsi, Şəhidliyi bir çox arzular kimi, bu arzusunun da üstündən xətt çəkdi…

Arzuları da, xəyalları, başladığı təmir də yarımçıq qaldı…

Amma… bir gün valideynləri, xüsusilə, anası Saqibət xanım və can dostları Fuadın yarımçıq qalan arzusunu gerçəkləşdirmək, tamamlamaq, Fuadın otağının təmirini başa çatdırmaq, onu ev-muzeyinə çevrimək qərarına gəldilər…

Və təxminən 3 ay çəkidi bu işlər və Fuadın iş, yataq otağı onun istədiyi, arzuladığı kimi düzəldildi və ev-muzeyinə çevrildi…

Ev-muzeyi Fuadın iş, geyim əşyalarından, çəkdiyi və yarımçıq qalan rəsmlərindən, mükəmməl əl işlərindən, təltiflərindən, diplomlarından…ibarətdir…

Hamısı səliqə-sahmanlı, göz oxşayır…

Tam Fuadın adına, xatirəsinə layiq…

Açığı…ev-muzeyi ilə tanış olduqca çox kövrəlirəm, göz yaşlarımı axıtmaqdan özümü güclə saxlayıram…

Ürəyimdə deyirəm – kaş torpaqlarımız işğal olunmayaydı, kaş müharibə olmayaydı, kaş Fuad kimi övladlarımız, Vətən sevdalılarımız yaşaydı…

Amma onlar-Fuad və Fuadlar zatən yaşayırlar-ruhən, mənən…

Hər gün bizimlədirlər, bizləri izləyirlər…Yolumuza Nur, İşıq saçırlar…

Onlar bizə Qələbəni, Zəfəri, Qalibiyyəti yaşatdılar öz Şəhidlikləri və Ölümsüzlükləri ilə…

Onlar Ölməzdirlər, Ölümsüzdürlər…

Fuad da, Fuadlar da bir çox arzularına çata bilməsələr belə, əsas arzularına çatdılar, Vətən torpaqlarını, Qarabağı alçaq və murdan düşməndən, erməni qan içənlərindən azad etdilər…

Vətəni də Ucaltdılar, özlərini də UCAltdılar…

Onlar daş muzeylər deyil, onlar canlı, yaşayan, yaşayacaq və yaşadan, yaşadacaq muzeylərdir…

Ruhu, ruhları qarşısında baş əyirəm!

Ailəsinə, ailələrinə səbr, dözüm, güc, qüvvət diləyirəm!

Yaşasınlar ki, Şəhidlərimiz də məkanlarında rahat uyusunlar!

Məkanın cənnətlik olsun, Nur üzlü Fuad balamız-Fuad Xanbkişiyev!

Nur içində yat!

Daim qəlblərdə, qəlbimizdəsən!

ŞƏHİDİMİZİN NUR SİMALI VALİDEYNLƏRİ-ANASI SAQİBƏT XANIM VƏ ATASI ŞÖHRƏT BƏY…MƏĞRUR, QÜRURLU, DİK DURUŞLU…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

25.09.2021, Bakı-Goranboy-Mingəçevir-Goranboy

Etikxeber.az

Read Previous

“Övladlarımdan hər zaman razı olmuşam…Şəhid olduqları üçün demirəm…Heç zaman bir sözümü iki etməyiblər, etmirdilər…”- ŞƏHİD QARDAŞLAR-MUSA VƏ TURAL HƏSƏNOVLARIN ATASI TAPDIQ HƏSƏNOV… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Şəhid qardaşlar-Tural və Musa Həsənovların məzarları ziyarət edildi, adlarını daşıyan “ŞƏHİDLƏR BULAĞI” VƏ XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU – FOTOLAR – YENİLƏNİB – (2)…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir