Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinə (QDİƏT PM) yeni baş katibin seçilməsi üçün səsvermə keçirilib.
Etikxeber.az-ın məlumatına görə, səsvermədə iki namizəd iştirak edib.
Bunlar QDİƏT PM-in hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan parlament sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulos olub.
Səsvermənin nəticələrinə əsasən, QDİƏT PM-in yeni baş katibi A.Hacıyev seçilib.
O, bu postda daha 5 il qalacaq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az