AŞ SƏNƏ LAZIM DEYİLSƏ, AZƏRBAYCANA LAZIMDIR- Politoloqdan Seyidova cavab

Sənə Avropa Şurası lazım deyilsə, bu, o, demək deyil ki, Azərbaycana lazım deyil.

Sən təksən Azərbaycan isə daha böyükdür.

Sənə lazım deyilsə istefa ver qoy başqası ölkəmizi təmsil etsin.

Əlbəttə, Avropa Şurasını tənqid etmək hamının haqqıdır, tənqid olunmalıdır da, ziddiyətli qətnamləri az deyil, Qarabağla bağlı qətnamələri yerinə yetirilmir və s.

Ancaq, bu, o, demək deyil ki, Azərbaycan qapını çırpıb getməlidir.

samad-seyidov-2

Biz getsək Ermənistan orada qalacaq və bizim təmsil olunmadığımız təşkilatda Azərbaycan əleyhinə təbliğatını rahat aparacaq.

Bumu bizə lazımdır?

Avropa Şurasından çıxmaq Avropadan uzaqlaşmaq və istər-istəməz Rusiyaya yaxınlaşmaq deməkdir.

Bu isə özümüzün elan etdiyi balanslaşdırılmış xarici siyasətimizə ziddir.

Azərbaycanın AŞPA-ya üzv olması üçün mərhum prezident Heydər Əliyev az əziyyət çəkməyib.

Bunu da “Avropa Şurası bizə lazım deyil” deyənlər unutmasınlar!

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

“Qayət, İYİ olacaq, inşallah!”- AKŞƏNƏRDƏN BAXÇALIYA “SLOQAN”LI CAVAB

Read Next

8 min 509 abituriyent elektron ərizəsini təsdiq edib – DİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir