“ASAN qatar” fevralın 1-dən fəaliyyətə başlayacaq

Səyyar “ASAN qatar” fevralın 1-dən fəaliyyətə başlayacaq.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, səyyar “ASAN qatar”ın təqdimatı zamanı bildirilib ki, qatar növbəli qaydada ölkənin bütün istiqamətlərində hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və fəaliyyət göstərəcək.

Qeyd olunub ki, fevralın 1-dən ilk olaraq səyyar “ASAN qatar” Qazaxda vətəndaşlara 15 gün ərzində xidmət edəcək. Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunacaq. Qatarda funksional yardımçı – foto, tibb, bank xidmətləri təşkil edilib.

Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

Etikxeber.az

Read Previous

Fazil Mustafa : “Bu, cəmiyyətin alt qatlarında ciddi problemlərin yaşandığından xəbər verir”

Read Next

Sabiq deputat və tanınmış iş adamının məhkəməsi başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir