“ASAN Xidmət” turistlərə viza verəcək

Noyabrın 16-da Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsinə edilən dəyişikliklərlə bağlı məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan sənəddə əsas məqsəd “Turizm haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmasıdır.

Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev təklif olunan dəyişiklikləri ətraflı şərh edib. O ,vurğulayıb ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər. Elektron vizanın verilməsinə üç gün müddətində baxılır. İmtina üçün əsas olduqda imtina məktubu, olmadıqda isə elektron viza məktubu müraciət edən şəxsin elektron poçtuna göndərilir.

H. Rəcəbli hazırda komitədə Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və nəzarəti, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma məsələləri üzrə münasibətlərini özündə ətraflı əks etdirən “Turizm haqqında” yeni sənədin hazırlandığını da vurğulayıb.

Bildirilib ki, hazırda müzakirə olunan, dövlətimizin başçısının təşəbbüsü ilə daxil olan bu sənəddəki məqamlar hazırlanacaq yeni “Turizm haqqında” qanunda da ehtiva olunacaq.

Çıxış edən deputatlar Elmira Axundova, Araz Əlizadə, Aytən Mustafayeva dəyişikliklərin zəruri olduğunu vurğulayıblar.

Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

Prezident ipəkçilik və fındıqçılığın inkişafına 1,463 milyon manat ayırdı

Read Next

“Kraliçanın 90 illik yubiliyində 15 at tərəfimizdən Londona aparılmışdı…” – Bəhruz Nəbiyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir