Asim Mollazadənin DİP-indən-KİMLƏR NAMİZƏDDİR?

Millət vəkili, deputatlığa namizəd Asim Mollazadənin rəhbərlik etdiyi Demokratik İslahatlar Partiyası (DİP) da seçkilərə qatılan partiyalardandır.

Etikxeber..az-ın xəbərinə görə, təxminən 15 DİP-çi deputatlığa namizəd kimi seçkilərdə iştirak edir.

Namizədliyi qeydə alınanlar arasında son 4 çağırış Milli Məclisin (MM) üzvü Asim Mollazadə, partiyanın tanınmış simalarından olan Əli Cəfərov, Nərmin Şamilbəyli və digərləri var.

Qeyd edək ki, DİP 2005-ci ildə təsis olunub.

Məramnaməsini və fəaliyyət istiqamətlərini liberal dəyərlərin həyata keçirilməsi təşkil edir. 

Onu da qeyd edək ki, 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən deputatlığa namizəd olan Mollazadənin rəqibləri arasında Turqut Qəmbər, Sərraf Balaxan kimi tanınmışlar var.

Etikxeber.az

Read Previous

257 nəfər namizədliyini geri götürdü – HACI SALAYEV DƏ BU SIRADADIR…

Read Next

Hadi Rəcəbli Azərbaycanın ən yaşlı-SEÇİCİLƏRİNDƏN BİRİ İLƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir