Aşıq Ədalət dünyasını dəyişdi: sabah Bakıda dəfn olunacaq – YENİLƏNİB

Tanınmış sənətkar, aşıq Ədalət Nəsibov vəfat edib.

O, sabah Bakıda dəfn olunacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə  isə APA-ya aşıq Ədalətin oğlu Hekayət Nəsibov məlumat verib.

Onun sözlərinə görə, ustad aşığın dəfn olunacağı qəbiristanlıq hələlik dəqiqləşməyib: “Hələlik qəti qərara gələ bilməmişik. Bakıdakı qəbiristanlıqların birində dəfn olunacaq. Sabah saat 12-də öz evimizdə – Mirqasımov küçəsi, 4 ünvanında vida mərasimi təşkil olunacaq”.

Qeyd edək ki, görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.

Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.

Etikxeber.az

Read Previous

“Gələcəkdə bu transplantlar ölkəmizdə ola bilər…” – KOMİTƏ SƏDRİ – FOTO – YENİLƏNİB (1)

Read Next

Bu gün “Bilik günü”dür – YENİ TƏDRİS İLİ BAŞLANIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir