“Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin Tovuzda yaradılması bizim hamımızın arzusu idi…” – QƏNİRƏ PAŞAYEVA PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ

Təşəkkürlər, cənab Prezident! Tovuzluları təmsil edən millət vəkillərindən biri olaraq, seçicilərimin adından və şəxsən öz adımdan cənab Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. Tovuz qədim aşıq sənətinin mərkəzlərindəndir və bir çox ustad aşıqlar yetişib bu qədim rayonumuzda.

Etikxeber.az xəbər verir ki, bunu Tovuzdan olan millət vəkili Qənirə Paşayeva deyib.

“Aşıq Sənəti Dövlət Muzeyinin Tovuzda yaradılması bizim hamımızın arzusu, istəyi idi və bu istəyi bir neçə dəfə Milli Məclisdə də dilə gətirmişdim. Çox sevindim. Aşıq Sənəti Dövlət Muzeyinin Tovuz rayonunda yaradılması böyük hadisədir. Cənab Prezident bu gün Tovuzda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib və dəyərli fikirlərini bölüşüb. Tovuzumuz və ölkəmiz üçün xeyirli-uğurlu olsun!”-deyə, o, əlavə edib.

Q. Paşayeva həmçinin, Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin istifadəyə verilməsi ilə bağlı bunları qeyd edib:

“Təşəkkürlər, cənab Prezident! Tovuzu təmsil edən bir millət vəkili olaraq sizə seçicilərim və öz adımdan çox minnətdaram. Tovuz Azərbaycanımızın ən qədim yaşayış məskənlərindən biridir. Məhz Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin istifadəyə verilməsi böyük hadisədir. Çox gözəl muzeydir və bu gün cənab Prezidentimiz özü açılış mərasimində iştirak etdi. Bugünkü və gələcək nəsillər tariximizə daha çox sahib çıxmalı, öyrənməli və dünyanın hər yerində təbliğ etməlidirlər. Bu muzey Tovuza və bölgəmizə gələcək xarici qonaqları apararaq qədim tariximizi göstərəcək ən gözəl yerlərdən biri olacaq. Bu muzey mənim Tovuzda həyata keçirilməsini arzulaığım, bu barədə çıxış və təkliflərlə çıxış etdiyim əsas məsələlərdən biri olduğu üçün daha da çox sevinirəm. Tariximiz adına gözəl bir addımdır. Təkrar təşəkkürlər, cənab Prezidentimiz!”

Etikxeber.az

Read Previous

Parlament Nazirlər Kabinetinin yeni tərkibini-TƏSDİQLƏDİ

Read Next

“ASAN Həyat” kompleksinin açılmasının insanlarımız üçün əhəmiyyətini saymaqla bitməz…” – DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir