Asiyanın ən qorxulu terrorçusu Para Vicayanto – HƏBS EDİLDİ

İndoneziyanın hüquq-mühafizə orqanları tərəfindən Asiyanın ən böyük “Camaa İslamiyyə” terror təşkilatının lideri hesab edilən şəxs həbs olunub.

Etikxeber.az xəbər verir ki, bu barədə iyulun 1-də “The Straits Times” qəzeti Cakarta polisinə istinadla məlumat yayıb.

Bildirilir ki, Para Vicayanto iyunun 29-da Bekasi şəhərindəki evində həbs edilib.

Onun evində aşkar edilən soyuq silahlar, ədəbiyyat və videogörüntülər müsadirə edilib.

İndoneziyanın hüquq-mühafizə orqanları P.Vicayantonun axtarışlarını 2003-cü ildən başlayaraq davam etdirirdilər. Ona qarşı bir sıra iri terror aktlarında, o cümlədən İndoneziyanın Bali adasında 2002-ci ildə çoxlu sayda insan tələfatı ilə müşayiət olunan terror hücumunda iştirak ittihamı irəli sürülüb. Həmin vaxt terror qruplaşmasının üzvləri tanınmış Kuta ərazisində və ABŞ-ın baş konsulluğunun binası yaxınlığında bir neçə partlayış törətmişdilər. Faciə nəticəsində 164-ü xarici ölkə vətəndaşı olmaqla 202 nəfər həlak olmuş, 200-dən çoxu isə yaralanmışdı.

Xüsusi xidmət orqanlarının bildirdiyinə görə, P.Vicayanto Malayziya, Filippin və Tailandda da fəaliyyət göstərən həmin terror təşkilatına 2008-ci ildə rəhbərlik edib.

Etikxeber.az

Read Previous

“Əgər “bazarlıq”da çətin biriysəm, bu, yaxşı bir şeydir” – ƏRDOĞAN

Read Next

“Qiymətlər qalxır və inflyasiya güclənir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir