Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bu dəqiqələrdə “qanuni oğru”ları Azərbaycan gənclərinə nümunə göstərən, təyinatlı deputat Fəzail Ağamalı mobil telefonu ilə mənə zəng edib hədə qorxu gəldi. Doğrudan da bu “deputat” deyəsən Azərbaycanın oğru qanunları ilə idarə edildiyini düşünür”.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış vəkili Aslan İsmayılov öz “Facebook” səhifəsində yazıb.
“Onun haqqında kifayət qədər məlumat olduğundan kimliyini açıqlamayacam. Bundan əvvəlki yazımda dediklərimi isə bir daha təkrarlayıram. Fəzail Ağamalı etiraz olacağı təqdirdə heç vaxt, guya seçildiyi Salyan seçicilərinin qarşısına çıxıb onları sakitləşdirə bilməz, çünki onu onlar seçməyib. Mənim cəsarətimə isə Fəzail Ağamalı heç vaxt şübhə etməsin, onu kimi xox gələnləri çox görmüşəm. Deyəsən, “otxod” məsələsi də bunlara dərs olmayıb”-deyə, o, sonra əlavə edib.
Millət vəkili Fəzail Ağamalı isə vəkilin dediklərinin və yazdıqlarının şər-böhtan olduğunu deyib.
“Mən ona zəng etmişəm, demişəm ki, cəsarəti çatırsa, kompüterin dalından çıxıb, mənimlə debata gəlsin. Görək nə istəyir, niyə haqqımda ağlına gələni yazır, danışır?! Mən məsələyə burada nöqtə qoyuram, yox, əgər, o, yenə də ağlına gələni danışacaqsa, Azərbaycanın qanunları var, həmin qanunlara söykənib, onun haqqında lazımi tədbirlər görülməsini tələb edəcəm” -deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az