AŞPA-da davranış kodeksi dəyişdirilməlidir – SƏMƏD SEYİDOVDAN TƏLƏB

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyası çərçivəsində Büronun və Daimi Komitənin fəaliyyət hesabatlarının təqdimatından sonra keçirilən debatlarda çıxış edib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA-da davranış kodeksinin dəyişdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, mövcud kodeks köhnəlmiş sənəddir və bu da son vaxtlar üzləşdiyimiz xoşagəlməz hallara gətirib çıxarır.

Monitorinq məsələsinə toxunan S. Seyidov deyib: “Deyirsiniz ki, AŞPA-da monitorinq yaxşı prosedurdur və ölkələrlə əlaqələri genişləndirir. Belə olan halda, niyə monitorinq yalnız 12 ölkəyə tətbiq olunur? Əgər monitorinq yaxşıdırsa, dostluğu möhkəmləndirirsə, bəs onda niyə bütün ölkələrə tətbiq olunmur?”

Nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, AŞPA-nın özündə islahatlar aparılmalıdır. Qurumda islahatlar aparılmasa, heç nəyə nail olunmayacaq. Təşkilat ölkələrin daxilində dəyişikliklər etməkdə israrlıdır, halbuki onun özünün daxilində ciddi dəyişikliklər edilməsinə, islahatlar aparılmasına böyük ehtiyac var.

Etikxeber.az

Read Previous

RƏSMİ: Qanun Prezident Administrasiyasını ləğv edə bilməz

Read Next

AŞPA-nın qərarını tanımırıq – ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir