AŞPA-da “Google” və “Facebook” müzakirələri

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro, bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak edib.

Etikxeber.az xəbər verir ki, Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında internet şəbəkələrdə diskriminasiya əleyhinə mübarizə, qadınlara qarşı zorakılığa son qoyulması, onların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi mövzuları müzakirə edilib.

Komitə üzvlərinin məruzə layihələri dinlənilib, “Google” və “Facebook” platformalarının azyaşlı istifadəçilər üçün uyğunlaşdırılması üzrə mütəxəssislərin təqdimatından sonra internet şəbəkəsində diskriminasiya ilə mübarizə yolları haqqında müzakırələr davam etdirilib. Bundan başqa, qaçqınların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi, ictimai yerlərdə qadınlara qarşı təcavüz hallarının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib. Milli azlıqların hüquqları üzrə alt komitənin gördüyü işlərdən danışılıb, noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumunda iştirak edəcək nümayəndələr müəyyənləşdirilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi S. Qafarova müzakirə olunan məsələlərə münasibət bildirib.

Etikxeber.az

Read Previous

Mərkəzi Bank uçot dərəcəsini 15 faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul etdi

Read Next

Türkiyəyə qarşı yeni ərazi iddiası: “Hatay ilə İskəndərunu da verin”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir